AZ

“Santuş Azərbaycan millisinin taleyini dəyişə bilmədi” – İsveç mətbuatı da “dilə gəldi”

İsveç mətbuatı millimizlə matç haqda yazı hazırlayıb.

“Football-plus.az” xəbər verir ki, “Sports Mole” nəşri bu gün Millətlər Liqasının 6-cı turu çərçivəsində keçiriləcək oyundan bəhs edərkən həm yığmamızın baş məşqçisi Fernando Santuşa, həm də oyundan gözləntilərə yer verib:

“İsveç B liqasına yüksəlmək üçün lazım olan nəticəni təmin edib. Belədə Azərbaycanın qarşısına stressiz şəkildə çıxmaq mümkün olacaq. Rəqibin durumu isə çox ağırdı - qələbə qazanmasa, ən zəif millilərin qərarlaşdığı D liqasına yuvarlanacaq. Yenə də qonaqların İsveçə güclü müqavimət göstərəcəyini zənn etmirik. Bu üzdən Yon Dal Tommason xeyli rotasiyaya əl ata bilər. Azərbaycanlıların baş məşqçisi Fernando Santuş isə daha çox düşünməli olacaq. O, çalışdığı ölkənin yığmasının taleyini dəyişə bilmədi. Komanda son qələbəsini beş ay əvvəl baş tutan yoldaşlıq oyununda Qazaxıstan üzərində qazanıb – 3:2. Onların bu quraqlığa İsveçdə son verməsi inandırıcı görünmür. Biz isə yığmamızın 3:0 hesabıyla qələbə qazanacağını düşünürük”.


KƏNAN BAHADIR
Seçilən
34
football-plus.az

1Mənbələr