AZ

Ərdoğandan NÜVƏ XƏBƏRDARLIĞI: "Risk artır, müsbət heç nə yoxdur"

"Ukraynanın uzun mənzilli ATACMS tipli raketlərdən istifadə etməsi nüvə müharibəsi riskini artırır".

OXU24.COM  xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Nüvə silahının istifadə olunduğu münaqişədə müsbət heç nə yoxdur. Ukraynanın istifadə etdiyi raketlər belə vəziyyətin nəyə gətirib çıxaracağını göstərir”, - Türkiyə lideri Braziliyada keçirilən G20 sammitindən sonra keçirilən mətbuat konfransında deyib.

O qeyd edib ki, Türkiyə bu cür “neqativlərə” qarşıdır və sülh dialoqunun tezliklə başlamasını səbirsizliklə gözləyir.

Xatırladaq ki, noyabrın 17-də “New York Times” mənbələrə istinadən yazıb ki, Bayden ilk dəfə olaraq Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün uzaqmənzilli ATACMS raketlərindən istifadə etməyə icazə verib. Mənbələrin bildirdiyinə görə, ilkin olaraq bu silahlarla Kursk bölgəsindəki rus qoşunlarına və orada olduğu iddia edilən Şimali Koreya hərbçilərinə hücumların həyata keçiriləcəyi güman edilir.

Seçilən
10
oxu24.com

1Mənbələr