AZ

Voronejdə dron hücumundan sonra sənaye binası yanıb

Rusiyanın Voronej vilayətinə beşdən çox pilotsuz təyyarənin hücumu nəticəsində sənaye müəssisəsi yanıb.

Qaziler.az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə vilayətin qubernatoru Aleksandr Qusev Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, obyektdə çalışanlardan heç kim xəsarət almayıb.

"Voronej vilayətinin rayonlarından birində yalnız mülki məhsullar istehsal edən sənaye müəssisəsinə beşdən çox pilotsuz uçuş aparatı hücum edib. Müəssisədə yanğın baş verib. İlkin məlumatlara görə, itki yoxdur”, - Qusev qeyd edib.

Bütün işçilər dərhal təxliyə edilib. Qubernator qeyd edib ki, yanğınsöndürənlər hadisə yerində işləyirlər;

Qubernator qeyd edib ki, bölgədə dronların hücumu təhlükəsi hələ də qalmaqdadır.

QAZİLER.AZ

Seçilən
21
qaziler.az

1Mənbələr