AZ

Susmayın, Unutmayın !

Bu gün 2014-cü ilin fevralında başlayan rusiya təcavüzünün Ukraynaya qarşı genişmiqyaslı müharibəyə çevrilməsindən 1000 gün ötür. Min gün davam edən ağrı, itki, göz yaşı... 

Ukrayna xalqının yenilməzliyinin simvoluna çevrilən min günlük mübarizə. Bu mübarizədə biz ən qiymətli şeyi - xalqımızın, o cümlədən ən həssas vəziyyətdə qalanların, daimi müdafiə və qayğıya ehtiyacı olanların həyatını itiririk. Bunlar bizim uşaqlarımızdır, Ukrayna uşaqları! 1000 gün təkcə rusiya təcavüzünə müqavimətimizin xronologiyası deyil. Bu, ukraynalı uşaqların müharibə şəraitində keçirdiyi min gündür.

Min gün layla əvəzinə partlayış eşitmək, məktəb dərslikləri yerinə dağıntılar görmək, ailə qucaqlaşması əvəzinə qorxu hiss etmək. ​Bu müddət ərzində 20 minə yaxın ukraynalı uşaq zorla təcavüzkar-dövlətə aparıldı. Bu, bəşəriyyətin ən qaranlıq səhifələrini xatırladan faciədir. Onlardan yalnız minə yaxını vətənə dönə bilib. Qalanları başqasının reallığının əsiri olaraq qalır. Bu uşaqlardan əlindən hər şey alındı - valideynlər, dostlar, sevimli oyuncaqlar, arzular və təhlükəsizliyə inam. Onlar təkcə müharibənin qurbanı deyillər. Onlar təbliğat, milli kimliklərini silmək cəhdləri üçün istifadə olunan girovlara çevriliblət. 

Bu, dünyanın gözardı edə bilməyəcəyi bir cinayətdir. ​Bəşəriyyətin 20 noyabr tarixində qeyd etdiyi Uşaqların Ümumdünya Müdafiəsi Günü ərəfəsində hamıya müraciət edirik - bir anlığa dayanın və uşaqlığı müharibə ilə parçalanmış ukraynalı uşaqları xatırlayın. Onların hər biri öz doğma vətənində xəyal qurmağa, gələcəyi planlaşdırmağa çalışır. Amma qayğısız məktəb günləri əvəzinə qorxu, ayrılıq, itkilər aldılar. Onların rəsmlərini partlayışlar, arzularını isə yaşamaq mübarizəsi əvəz etdi. Bu günü onları sadəcə xatırlamaq yox, həm də onlara təhlükəsizlik, sevgi və əsl uşaqlıq hüquqlarını qaytarmaq üçün mümkün olan hər şeyi etməliyik. ​Unutmamalıyıq ki, bu uşaqlar təkcə Ukraynanın gələcəyi deyil. Bütün dünyanın gələcəyi indi onların hüquqlarını necə qoruduğumuzdan asılıdır.  

Uşaqların sülh içində yaşadığı və hər yeni gündən qorxmadıqları bir dünya yarada bilərikmi? ​Hər birimiz bu uşaqların səsi ola bilərik. Bu, sadəcə sözlər deyil, həyatları xilas edən real hərəkətdir. Biz birlikdə nə edə bilərik? Onların hekayələrini danışın. İnsanlar faciə haqqında nə qədər çox məlumat əldə etsə, işğalçıya beynəlxalq təzyiqlər bir o qədər güclənir. 

Xeyriyyə təşəbbüslərini dəstəkləyin. Uşaqların evə qayıtmasına kömək edən, reabilitasiyasını təmin edən təşkilatlar var. Həmrəylik ifadə edin. Söhbət zamanı, kütləvi informasiya vasitələrində. Atdığınız hər addım önəmlidir. ​

Genişmiqyaslı müharibənin mininci günündə biz Azərbaycan rəhbərliyinə və xalqına göstərdiyi köməyə və dəstəyə görə: İrpində məktəbin yenidən qurulmasına, Xerson və Mıkolayivdən, Xarkovdan, Kiyevdən və digər bölgələrdən olan hər gecə yüksək siren səslərindən oyanaraq bomba sığınacaqlarında təhsil almağa məcbur qalmış 241 uşağın istirahətinə və reabilitasiyasına görə səmimi təşəkkürümüzü bildiririk. ​ ​Hər kəsə köməyə görə təşəkkür edir və dünyaya müraciət edirik: “Susmayın. Unutmayın. Birlikdə biz uşaqlara uşaqlıqlarını qaytara bilərik”. 

Seçilən
38
turan.az

1Mənbələr