AZ

Bakı konfransında karbon müzakirəsi

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Stil COP29 Sədrliyinin mətbuat konfransında  Bakı iqlim sessiyasında karbon emissiyası məsələsinə həssaslıqla yanaşılmasına məmnunluğunu ifadə edib.  

S.Stilin sözlərinə görə, tullantıların azaldılması baxımından görüləcək iş çoxdur: “İkiillik Şəffaflıq Hesabatını nəzərə alsaq, bu, iqlimlə bağlı daha güclü siyasi qərarlar qəbul etməyə imkan verəcək. Bu, uzun vaxt tələb edən bir  prosesdir. Bu həftə vacib siyasi qərarların veriləcəyi gözlənilir. Məqsədə nail olmaq istənilirsə, kollektiv və fərdi vəzifələr yerinə yetirilməlidir. Hamı iqlim dəyişikliyinə qarşı mübarizəyə səfərbər edilməlidir.

 

Seçilən
22
xalqqazeti.az

1Mənbələr