AZ

Badra Qunba Abxaziya rəhbərinin səlahiyyətlərini yerinə yetirməyə başlayıb » AzadMedia.az


Abxaziyada etirazlar respublika rəhbəri Aslan Bjaninin istefasına səbəb olub. Onun prezident seçkilərinə qədər vəzifəsi vitse-prezident Badre Günbeyə verilib.
Abxaziyanın vitse-prezidenti Badra Qunba prezidentin səlahiyyətlərini yerinə yetirməyə başlayıb. Abxaziya prezidentinin ofisindən verilən məlumata görə, Qunba prezident seçkilərinə qədər respublikanın rəhbəri vəzifəsini icra edəcək. 

Qeyd edək ki, noyabrın 19-da Abxaziya parlamenti ölkə prezidenti Aslan Bjaninin istefasını qəbul edib. Həmçinin, Aleksandr Ankvab respublikanın baş naziri vəzifəsini tərk etməli, onun yerinə Valeri Bqanbu gəlməlidir. Abxaziya hakimiyyətinin yüksək eşelonunda kadr dəyişiklikləri müxalifət liderləri ilə aparılan danışıqlar çərçivəsində qəbul edilib. 

Xatırladırıq ki, Abxaziyada iğtişaşlar rusiyalı investorlara zəmanət haqqında qanun layihəsi fonunda başlayıb. Etirazçılar Suxumda hökumət binaları kompleksinə basqın edərək, nazirliklərin işini əngəlləyib, respublika rəhbərliyinin dəyişdirilməsi ilə bağlı siyasi tələblər irəli sürüblər.
Seçilən
16
13
azadmedia.az

10Mənbələr