AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - günün ilk yarısını informasiya və sənədlərlə işə həsr edin. Enerjili, zəhmətkeş olun. Bütün işlərin öhdəsindən gələ bilərsiniz. Qısamüddətli səfərlər alınacaq.

Buğa - sakit və rəvan situasiyadır. Səhər saatlarına planları reallaşdırmaqla başlayın. Adi, rutin işləri təxirə salmayın. Bu işlər sizə yorucu və usandırıcı təsir bağışlamasın. Bir müddət əvvəl verdiyiniz öhdəlikləri yerinə yetirəndə özünüzü rahat hiss edəcəksiniz.

Əkizlər - Günün ilk yarısını şəxsi münasibətlərdəki problemlərin həllinə həsr edin. Maddi rifahınızın qeydinə qalın. Son hadisələri təhlil edin. Gəldiyiniz nəticələri etibar etdiyiniz insanlarla bölüşə bilərsiniz.

Xərçəng - planlaşdırdığınız işlərin öhdəsindən gələ bilərsiniz. Planlarınızı gün ərzində kəskin şəkildə dəyişməyin. Münaqişə və ya qarşıdurmanın çözülməsi üçün sizə müraciət olunacaq. İnşaat və memarlıq sahələrində çalışanlar üçün daha əlverişli zamandır.

Şir - gün ərzində pozitiv davranmağa çalışın. Nələrin baş verməsindən asılı olmayaraq ifrat bədbinliyə qapılmayın. İstənilən situsiyada maraqlarınızı təmin edərək mənfəət əldə edə bilərsiniz. Əyləncə və istirahəti bir qədər təxirə salın.

Qız - mənasız xəyallara dalmayın, səhvlərinizi sürəkli saf-çürük etməyin. Sağlam məntiqi, rasional düşünməyi unutmayın. Cari problemlərin həllində soyuqqanlı olun. Çətinliklərdən çıxış yaradıcı variantların seçilməsi ilə müşayiət olunmalıdır.

Tərəzi - bütün işlərin gedişatını əvvəlcədən planlaşdırmağın mümkün olmadığını anlayın. Planlara dəyişikliklər etmək gərəkdir. Bəzənsə spontan davranmaq, tez qərar qəbul etmək, adət etdiyiniz çərçivələrdən kənara çıxmaq gərəkdir. Nikbin əhval-ruhiyyədə olun.

Əqrəb - bütün problemləri ani qərar və ya birdəfəlik addımla hiss etmək mümkün deyil. Can atdığınız nəticələri əldə edə bilməyəcəksiniz. Diqqətsizlik, işlərə qeyri-ciddi yanaşma yolverilməzdir. Ciddi işlərin başa çatdırılmasının ertələnməsi konkret məsələlərin həllinə mane olacaq.

Oxatan - günün necə olacağını əvvəlcədən təxminləməyə can atmayın. Heç nə alınmayacaq. Hadisələr gözləmədiyiniz məcrada, spontan inkişaf edəcək. Taleyüklü qərarların qəbulu üçün əlverişli zaman deyil.

Oğlaq - ən adi, rutin işləri yarımçıq qoymayın. Evin, ailənin qayğıları ilə məşğul olun. Yaşam arealını qaydaya salın. Günün ilk yarısında texnika almağa dəyməz. Aldığınız əşyanının ömrü uzun olmayacaq.

Dolça - bütün diqqəti əsas işə yönəldin. İkinci dərəcəli işləri təxirə salmaq da olar. Hər şeyi və hər kəsi müşahidə etmək, nəzarətdə saxlamaq mümkün deyil. Qüvvələrinizə qənaət edin, təsadüflərin yaşanmasına imkan verin. Hadisələrin fasiləsiz inkişafı günün ikinci yarısında sürpriz olaylara səbəb olacaq.

Balıqlar - günün ilk yarısını sakit keçirin. İzafi, mənasız informasiyaya ehtiyac yoxdur. Günün enerji səviyyəsi radikal qərarlar və sərt addımlar üçün əlverişli deyil.

Milli.Az

Seçilən
35
mia.az

1Mənbələr