AZ

YAP heyətinin Çinə səfəri başa çatıb

Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Xalq Respublikasına səfəri çərçivəsində Nantun şəhərində Çin Kommunist Partiyası Sucian ərazi təşkilatı, Sucian kənd muzeyi, Pilotsuz Avtomobillərin Elmi-Texniki Mərkəzi ilə tanışlıqdan sonra Şanxay şəhərinə yola düşüb.

ÇKP Şanxay şəhər komitəsində və Şanxay şəhər Partiya məktəbində keçirilmiş görüşlərdə dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və etibarlı strateji tərəfdaşlıq müstəvisində inkişaf edərək keyfiyyətcə yeni mərhələyə yüksələn Azərbaycan–Çin münasibətlərinin aktual çağırışlara cavab verməklə müasir beynəlxalq münasibətlər sisteminin mühüm reallığı olduğu diqqətə çatdırılıb.

Qeyd olunub ki, “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” də əksini tapan mühüm məsələlərdən biri də YAP ilə ÇKP arasında əlaqələrin gücləndirilməsidir ki, bu da Azərbaycan–Çin münasibətlərinin inkişafına əhəmiyyətli töhfələr verəcəkdir.

Azərbaycanın sosial-iqtisadi inkişaf modeli və Çin xüsusiyyətli sosializm haqqında da ətraflı məlumatın verildiyi görüşlərdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə müzakirələr aparılıb.

Bununla da YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb.

XQ

 

Seçilən
17
xalqqazeti.az

1Mənbələr