AZ

Ekoloji şüurun gücləndirilməsi üçün QHT-lər imkanları araşdırır - FOTO

Noyabrın 19-da COP29 çərçivəsində Milli QHT Forumu Pavilyonunda "Gənclərə Qayğı" İctimai Birliyi, "Gənclərin Töhfəsi" İctimai Birliyi və "Psixoloji İnkişaf və Maarifləndirməyə Dəstək" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Dayanıqlı kənd təsərrüfatı, su ehtiyatlarının səmərəli istifadəsi və qida təhlükəsizliyi" mövzusunda yan tədbir keçirilib.

Avtosfer.az xəbər verir ki, tədbir çərçivəsində iştirakçılara dayanıqlı kənd təsərrüfatının əhəmiyyəti, su ehtiyatlarının səmərəli istifadəsi və qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işlər barədə təqdimatlar edilib.

Müzakirələrin əsas mövzusu qida təhlükəsizliyinin təmin edilməsində gənclərin rolu və ekoloji şüurun artırılması olub. Gənclər arasında təbliğat işlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb, xüsusilə iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirləri və bu sahədə dayanıqlığın artırılması yolları ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Seçilən
22
avtosfer.az

1Mənbələr