AZ

ABŞ-dən HƏMAS rəsmilərinə qarşı sanksiya

ABŞ HƏMAS hərəkatının rəsmiləri və hərbçilərinə qarşı yeni sanksiyalar tətbiq edib. 

“Qafqazinfo” xəbər verir ki, bu haqda ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlər terrorizmin maliyyələşdirilməsi və silah qaçaqmalçılığı ilə məşğul olduğu iddia edilən bir sıra şəxslərə də təsir edib.

“Bu gün ABŞ Xəzinədarlığının Xarici Aktivlərə Nəzarət Ofisi HƏMAS-ın altı yüksək rütbəli məmuruna qarşı sanksiya tətbiq edir”, - məlumatda deyilir.

 

Seçilən
16
qafqazinfo.az

1Mənbələr