Noyabrın 19-u axşam saatlarında Rusiyanın bir sıra regionlarında partlayış səsləri eşidilib.
Axar.az xəbər verir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, hava hücumundan müdafiə qüvvələri Alekseyevka rayonu üzərində bir neçə PUA-nı vurub. Nəticədə PUA-nın dağıntıları müəssisələrdən birinin istehsalat sahəsinə, infrastruktur obyektinə və elektrik xəttinə ziyan vurub.
Voronej vilayətinin qubernatoru Aleksandr Qusev isə bildirib ki, beşdən çox PUA Kamenski rayonunda sənaye müəssisəsinə hücum edib və orada yanğın başlayıb. İşçilər təxliyə edilib, xəsarət alan olmayıb.