AZ

İrandan Britaniyaya: Cavabsız qoymayacağıq!

Londonun Tehrana qarşı yeni sanksiyalar tətbiq etməsi ilə əlaqədar Böyük Britaniyanın müvəqqəti işlər vəkili İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə “Fars” agentliyi məlumat yayıb.

İran Xarici İşlər Nazirliyi britaniyalı diplomatı əmin edib ki, Londonun irrasional davranışını cavabsız qoymayacaqlar.

XİN həmçinin bəzi Avropa dövlətlərinin, o cümlədən Böyük Britaniyanın İranın müdafiə sahəsində digər ölkələrlə əməkdaşlığına müdaxiləsini qəbuledilməz adlandırıb.

Seçilən
38
axar.az

1Mənbələr