AZ

Azərbaycan millisi D Liqasına düşdü

style='margin-bottom:10px;'>

Bu gün futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasının son - 6-cı turunda İsveçə 0:6 hesabı ilə uduzub.

QOL.az xəbər verir ki, C Liqasında mübarizə aparan yığmamız qrupu 1 xalla sonuncu - 4-cü pillədə başa vurub. 

Daha öncədən yazdığımız kimi, C liqasında qrup sonuncusu olan 4 komandadan daha pis nəticə göstərən 2-si D liqasına birbaşa düşür. Yarışın Əsasnaməsinə görə, D liqasının 2 ən güclü komandası isə C liqasına yüksəlir. C liqasında qrup sonuncusu olan ən yaxşı nəticəyə malik 2 milli isə D liqasının 2 qrup ikincisi ilə 2 matçdan ibarət pley-off görüşü keçirəcək (evdə və səfərdə).

Azərbaycan millisi C liqasında ən pis nəticəyə malik komandalardan biri kimi birbaşa D liqasına düşüb. D liqasına birbaşa yuvarlanan digər komanda isə Litvadır (6 oyun, 0 xal). 

Latviya və Lüksemburq isə  D liqasının 2 qrup ikincisi ilə - Malta və Cəbəllütariqlə 2 matçdan ibarət pley-off görüşü keçirəcək

Azərbaycan yığması budəfəki Millətlər Liqasının qrup mərhələsində cəmi 3 qol vurub, 17 qol buraxıb. Bugünkü oyunadək komanda Slovakiyaya 1:3 və 0:2 hesabı ilə uduzub. Millimiz Estoniya ilə ilk görüşdə 1:3 hesabı ilə məğlub olub, son matçında 0:0 hesablı heç-heçə edib. Həmçinin Azərbaycan İsveçlə ilk görüşündə 1:3 hesabı ilə uduzub.

Seçilən
50
2
teleqraf.com

5Mənbələr