AZ

ABŞ HƏMAS liderlərini sanksiya siyahısına saldı

ABŞ HƏMAS-ın altı rəhbər üzvünə qarşı sanksiyalar tətbiq edib.

Teleqraf.com xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Sənədə əsasən, bunların arasında hərəkatın xaricdəki nümayəndələri və "İzzəddin əl-Qəssam Briqadaları"nın üzvü var. Bundan əlavə, sanksiya siyahısına HƏMAS-ın maraqları üçün vəsait toplayan və "Qəzzaya silah qaçaqmalçılığı" ilə əlaqəli şəxslər də daxil edilib.

Bildirilir ki, göstərilən şəxslər terror fəaliyyətinə dəstək verir və Qəzza sektoruna maddi vəsaitin göndərilməsini əlaqələndirirlər.


Müəllif: Teleqraf.com
Seçilən
12
6
teleqraf.com

7Mənbələr