AZ

KİV: Qvardiola “Mançester Siti” ilə müqaviləsini 1 il müddətinə uzadıb

İngiltərənin “Mançester Siti” futbol komandasının baş məşqçisi Pep Qvardiola klubla müqaviləsini daha bir il müddətinə, əlavə uzatma seçimi ilə birlikdə uzadıb.

“Report” xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

53 yaşlı mütəxəssisin hazırkı razılaşması bu mövsümün sonunda başa çatırdı. Müqavilənin uzadılması ilə bağlı rəsmi açıqlama yaxın günlərdə veriləcək.

Əvvəllər Qvardiolanın mövsümün sonunda idman direktoru Çiki Begiristaynla birlikdə klubdan ayrıla biləcəyi güman edilirdi. İkincinin Portuqaliyanın “Sportinq” klubundan Uqu Viana ilə əvəzlənməsi oktyabrda təsdiqlənmişdi.

Qvardiola “Barselona” və “Bavariya”dakı fəaliyyətindən sonra 2016-cı ildə “Mançester Siti”yə baş məşqçi təyin edilib. Bu müddət ərzində o, Premier Liqada altı çempionluq və 2023-cü ildə klubun tarixində ilk Çempionlar Liqası qələbəsi daxil olmaqla 18 kubok qazanıb.

Hazırda “şəhərlilər” Premyer Liqanın turnir cədvəlində ikinci yerdədir və lider “Liverpul”dan artıq beş xal geri qalır. Komanda çətin dövr keçirir: ispaniyalı çalışdırıcının komandası son dörd oyunun hamısında meydandan məyus ayrılıb ki, bu da son illərin – xüsusən də Qvardiolanın baş məşqçi kimi ən pis nəticəsidir.

Xatırladaq ki, daha əvvəl “Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasında Karlo Ançelottinin uğurunu təkrarlamışdı.

Seçilən
47
31
report.az

10Mənbələr