AZ

Livanda İtaliya hərbçilərinin yerləşdiyi bazaya raket zərbələri endirilib

BMT-nin Livandakı sülhməramlı missiyasının (UNIFIL) İtaliya hərbi kontingentinin yerləşdiyi bazaya raket zərbələri endirilib. SİA xəbər verir ki, İtaliya kontingentinin qərargahı və UNIFIL-in Şama şəhərindəki bazası ümumilikdə 8 ədəd 107 millimetrlik raketlə vurulub. Raketlər açıq ərazilərə və hərbçilərin olmadığı bazanın ehtiyat hissələri anbarına düşüb, xəsarət alan olmayıb.

İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani raketlərin “Hizbullah” hərəkatı tərəfindən atıldığını deyib, UNIFIL-in kontingentinə hücumların yolverilməz olduğunu bildirib.

İtaliyanın müdafiə naziri Quido Krosetto isə UNIFIL-in bazalarına hücumların dözülməz həddə çatdığını olduğunu qeyd edib.

Qeyd edək ki, İtaliya hərbi kontingentinin yerləşdiyi bazaya daha əvvəl də müxtəlif hücumlar olub. İtaliyanın UNIFIL-də mindən çox hərbçisi var.

Seçilən
40
sia.az

1Mənbələr