AZ

Mirzoyan Azərbaycanla sülh sazişi üzərində iş barədə almaniyalı həmkarını məlumatlandırıb

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan İrəvanda almaniyalı həmkarı Annalena Berbok ilə görüşündə onu İrəvan və Bakı arasında sülh sazişinin tamamlanması üzrə işlər barədə məlumatlandırıb.

“Report” xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Cənubi Qafqazda sabitliyin təmin edilməsi kontekstində Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesi müzakirə edilib. Nazir Mirzoyan bu prosesdəki son inkişafları, o cümlədən Ermənistan – Azərbaycan sülh müqaviləsi layihəsinin tamamlanması istiqamətində aparılan işləri təqdim edib və müqavilənin imzalanmasının vacibliyini vurğulayıb”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, daha əvvəl Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycanın Ermənistanla şərti sərhədində müasir istehkam qurğularının qurulmasını təklif etmişdi.

Seçilən
11
7
far.az

9Mənbələr