AZ

COP for Hope: COP29 müzakirələri ekoloji bacarıqların inkişafına investisiyaların artırılması üçün mühüm təkan ola bilər - AİB-in baş direktoru (ÖZƏL MÜSAHİBƏ) (FOTO)

Bakı. Trend:

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlıxüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi iləmübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkərəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm vəekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkanyaradır.

Budəfəki müsahibimiz Asiya İnkişaf Bankının (AİB)Baş direktoru və sektorlar üzrə Qrup rəhbəri RameşSubramaniamdır.

Rameş Subramaniam COP29 çərçivəsində Trend-ə özəl müsahibəsində konfransındiqqətinin getdikcə ekoloji bacarıqların inkişafı və "yaşıl" işyerlərinin yaradılmasına yönəlməsindən məmnun olduğunubildirib.

"Bizə ekoloji təmiz sektorlarda keyfiyyətli iş yerlərininyaradılması ilə müşayiət olunan dayanıqlı iqtisadi artıma töhfəverəcək düşünülmüş siyasət və investisiyalar lazımdır. Gözlənilən"yaşıl" iş yerlərinin artımı fonunda COP çərçivəsində aparılanmüzakirələr ekoloji bacarıqların inkişafına sərmayələrinartırılması üçün lazım olan təkan ola bilər. Bu bacarıqlar təmiz vəədalətli keçidin təmin edilməsində əsas rol oynayır və gəncnəsillərə əmək bazarında yeni və perspektivli imkanlar açır", -deyə o vurğulayıb.

Təhsil iqlim dəyişikliyinə qarşı mübarizədə əsas vasitəkimi

Baş direktor ilk dəfə keçirilən İnsan İnkişafı Gününün mühüm birhadisə olduğunu qeyd edib və onun iqlim dəyişikliyi ilə bağlı bilikvə bacarıqların təhsil sistemlərinə inteqrasiyası üzrə yeniöhdəliklərin başlanğıc nöqtəsi olacağına ümid etdiyini ifadəedib.

"Biz başa düşürük ki, Asiya-Sakit okean regionunda ən həssasəhali qrupları iqlim dəyişikliyinin təsirlərindən daha çox əziyyətçəkir. Buna görə də gənclər və yerli icmalar üçün iqlimdəyişikliyinə dayanıqlılığın artırılmasına yatırılan investisiyalarbu çağırışlarla mübarizədə əsas elementdir", - deyə R.Subramaniambildirib.

İqlimə dayanıqlı və aşağı karbonlu məktəblərintəşviqi

Asiya İnkişaf Bankının (AİB) baş direktoru Rameş Subramaniambildirib ki, AİB məktəblər və digər qurumlar üçün təbii fəlakətlərədayanıqlı infrastrukturun yaradılması sahəsində mühüm işlərgörüb.

"Biz iqlim dəyişikliyi məsələlərinin tədris proqramlarınainteqrasiyası, müəllimlərin təlimi və təhsil bacarıqlarının inkişafetdirilməsi üzrə səylərimizi artırmağı hədəfləyirik. Məqsədimiziqlim dəyişikliyi ilə effektiv mübarizə üçün zəruri olan bilik vəbacarıqların formalaşdırılmasıdır.

Həmçinin, təhsil və bacarıqları iqlim tədbirləri üçün əsasvasitələr kimi gələcək Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrə(NDC) daxil etmək niyyətindəyik. Bir iqlim bankı olaraq, biz iqlimdəyişikliyinə uyğunlaşma və onun təsirlərinin azaldılması üçünbütün sahələrdə, o cümlədən, insan və sosial inkişaf sahələrindəinvestisiyaları artıracağıq", - deyə o qeyd edib.

O əlavə edib ki, təhsil və peşə hazırlığı iqlimə dayanıqlıhəllər üçün biliklərin və potensialın formalaşdırılmasındahəlledici rol oynayır.

"Biz müxtəlif sahələrin kəsişməsində çalışacağıq. Məsələn, tibbişçilərinin iqlim çağırışlarına dayanıqlığını artırmaq üçünhazırlığını necə yaxşılaşdırmaq olar? Elektron mobillik və bərpaolunan enerji sahələrində peşələr üçün işçi qüvvəsinin inkişafınanecə sərmayə qoymaq olar? İqlim dəyişikliyinə dayanıqlı yüksəktexnologiyalı infrastrukturun yaradılması üçün lazım olanbacarıqları necə öyrətmək olar? Bu infrastruktur təkcə kəndtəsərrüfatında məhsuldarlığı artırmayacaq, həm də kənd gəncləriüçün keyfiyyətli iş yerləri təmin edəcək. Ümumilikdə, bizimfəaliyyətimiz məktəbləri, texniki və peşə təhsili müəssisələrini,eləcə də universitetləri əhatə edəcək ki, bu da iqlim dəyişikliyinəuyğunlaşma və onun təsirlərinin azaldılmasına töhfə verəcək", -deyə R.Subramaniam vurğulayıb.

İqlim dayanıqlılığının təmin olunması üçün Birgə Bəyanatvə Bakı İnsan Potensialının İnkişafı üzrə RəhbərPrinsipləri

Asiya İnkişaf Bankının baş direktoru Rameş Subramaniam bildiribki, Birgə Bəyanat və Bakı İnsan Potensialının İnkişafı üzrə RəhbərPrinsipləri iqlim çağırışlarına qarşı mübarizə üçün uşaqların,gənclərin və işçi qüvvəsinin təhsili və bacarıqlarının artırılmasısahəsində investisiyaların genişləndirilməsi üzrə növbəti mərhələüçün möhkəm bir əsasdır.

"Birgə Bəyanat və Bakı İnsan Potensialının İnkişafı üzrə RəhbərPrinsipləri beynəlxalq agentliklərin və tərəfdaşların birgə işləməkvə inkişafı gücləndirmək üçün yeni həll yolları tapmaq səylərini vəkollektiv sadiqliyini əks etdirir.

Bu prinsiplər AİB-nin "İqlim dəyişikliyi və təhsil üzrə təlimat:Asiya-Sakit okean regionunda iqlim dəyişikliyinə dayanıqlılıq üçüntəhsilə və bacarıqlara sərmayələr" adlı nəşrindəki fəaliyyətçağırışları ilə uyğun gəlir.

Bizim indi yerli səviyyədə qəti addımlara keçməyimiz lazımdırki, bu, davranışları, təcrübələri və sərmayə prioritetlərinidayanıqlı iqlimə uyğun dəyişə bilsin", - deyə Rameş Subramaniamvurğulayıb.

X: @Lyaman_Zeyn

COP
COP
COP
Məqalədə:
Seçilən
36
50
az.trend.az

10Mənbələr