Bakı. Trend:
İsrail ordusu Livanda "Hizbullah" qruplaşmasının bölmələrinəqarşı döyüş əməliyyatları nəticəsində bir hərbi qulluqçusununöldüyünü bildirib.
Trend-in məlumatına görə, bu barədə ordunun mətbuat xidmətixəbər verib.
Məlumata əsasən, "Qolani" briqadasından olan 30 yaşlı başserjant Ömər Moşe Qaldor Livanın cənubunda döyüş zamanı öldürülüb.Bununla da, İsrail ordusunun mətbuat xidmətinin məlumatına əsasən,Yaxın Şərq münaqişəsinin yeni raundunda ölənlərin sayı artıq 799-açatıb.