Birləşmiş Millətlər Təşkilatının Sülh Əməliyyatları üzrə Baş katibinin müavini Jean-Pierre Lacroix BMT-nin Livandakı Müvəqqəti Sülh Qüvvələrinə (UNIFIL) qarşı hücumların davam etdiyini və bu hücumların qərəzli formada olduğunu bildirib.
Bakıvaxtı.az quruma istinadla xəbər verir ki, Lakroix bölgəyə səfərindən sonra BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında mətbuat konfransı keçirib.
Cənubi Livanda davam edən qarşıdurmalardan narahat olduqlarını ifadə edən Lakroix, UNIFIL mövqe bölgəsinə düşən bomba nəticəsində 4 BMT zabitinin yaralandığını bildirib.
Bundan əlavə, Lakroix vəzifədə olan UNIFIL patrulunun atəş açdığı və 5 raketin BMT obyektindəki texniki xidmət emalatxanasına düşdüyü barədə məlumatı paylaşaraq, hücumlarda böyük dağıntı olsa da, can itkisinin olmadığını qeyd edib.
Hücumların kim tərəfindən həyata keçirildiyi ilə bağlı açıqlama verməyən qurum rəsmisi deyib:
"Bütün tərəflərə BMT personalının və obyektlərinin təhlükəsizliyini təmin etmək və qorumaqla bağlı öhdəliklərini xatırladırıq. Bu hücumların bir qismi qərəzli mövqeylə həyata keçirilir".
Əli Hüseynov