AZ

Mahir Emreli: "Komanda uduza bilər, lakin baxır necə"

Komanda uduza bilər, lakin baxır necə.

Bakıvaxtı.az xəbər verir ki, bunu “Report”un Solna şəhərinə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycan millisinin futbolçusu Mahir Emreli deyib.

O, Millətlər Liqasının İsveçlə səfər matçındakı böyükhesablı məğlubiyyət barədə danışıb:

“Hələ də məğlubiyyətin şokunu yaşayırıq. Nə deyəcəyimi bilmirəm. Yanlış ifadə işlətməkdən də qorxuram. Əslində, komanda uduza bilər, lakin baxır necə. Nə oyun qura bildik, nə də rəqibin hücumlarının qarşısını ala bildik. Məğlubiyyətə görə məsuliyyəti futbolçu olaraq üzərimə götürürəm”.

Qeyd edək ki, “Stroberri Arena”da baş tutmuş C Liqasının matçında Azərbaycan yığması səfərdə İsveçə 0:6 hesabı ilə uduzub.

Seçilən
48
8
bakivaxti.az

10Mənbələr