AZ

Qəzzanın araşdırılmasını istəyən Papa Fransisk ermənilərdən misal çəkib

Katoliklərin ruhani lideri Papa Fransisk çərşənbə axşamı nəşr olunan kitabda İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı soyqırım ittihamlarına toxunub və bu ehtimalın araşdırılmasını istəyib.

Bunu edərkən Osmanlı İmperiyası dövründə ermənilərdən, Yaxın Şərqdəki xristian tayfalarından, Avropadakı yəhudilərdən, Ruandadakı Tutsi xalqından nümunələr verib.

“Ümid heç vaxt məyus olmaz: zəvvarlar daha yaxşı dünyaya doğru” adlı kitabda Qəzzadakı humanitar böhrandan bəhs edilir.

Papa kitabın bir hissəsində aşağıdakı ifadələrdən istifadə edir:

"Bəzi ekspertlərin fikrincə, Qəzzada baş verənlər soyqırım xüsusiyyətlərinə malikdir. Bunun hüquqşünaslar və beynəlxalq təşkilatlar tərəfindən tərtib edilmiş texniki tərifə uyğun olub-olmadığını müəyyən etmək üçün diqqətlə araşdırılmalıdır".

87 yaşlı Papa II Dünya Müharibəsi zamanı yəhudilərin, Osmanlı İmperiyası dövründə “erməni soyqırımı”, Ruandada tutsilərin və Yaxın Şərqdə xristianların məhv edilməsini nəzərdə tutur.

Seçilən
26
aznews.az

1Mənbələr