AZ

"Qaynar xətt var, ancaq istifadə etmirik"

Moskva ilə Vaşinqton arasında qaynar xətt hazırda istifadə olunmur.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov TASS-a bildirib.

 

“Bizim iki prezident, Rusiya və ABŞ arasında ünsiyyət üçün xüsusi təhlükəsiz xəttimiz var. Üstəlik, hətta video rabitə üçün də”, - Kreml nümayəndəsi deyib. Dmitri Peskov qeyd edib ki, indi bu rabitə xətti ilə ən yüksək səviyyədə təmaslar yoxdur.

 

Putinin amerikalı həmkarı Co Baydenlə sonuncu telefon danışığı 2022-ci il fevralın 12-də olub. Onlar təhlükəsizlik təminatlarını, Ukrayna ətrafındakı vəziyyəti və ikitərəfli münasibətləri müzakirə ediblər.

 

Qeyd edək ki, Vaşinqton-Moskva arasında qaynar xətt Kuba raket böhranından sonra SSRİ və ABŞ liderləri arasında təcili danışıqlar üçün yaradılıb. 

Seçilən
31
50
modern.az

10Mənbələr