AZ

Netanyahu fələstinlilərə səsləndi: Hər girov üçün 5 milyon dollar ödəməyə hazırıq

İsrail HƏMAS hərəkatının əlindən azad edilən hər girov üçün fələstinlilərə 5 milyon dollar ödəməyə hazırdır.

Bizim.Media xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu Qəzza zolağına səfəri zamanı deyib.

“Bu vəziyyətdən çıxmaq istəyənlərə (fələstinlilərə) deyirəm: kim bizə girov gətirsə, həm onun, həm də ailəsinin təhlükəsiz çıxışını təmin edəcəyik. Seçim sizindir”, - deyə Baş nazir qeyd edib.

O, həmçinin vurğulayıb ki, İsrail Fələstin anklavında HƏMAS-ın bütün strukturlarını məhv etməkdə qərarlıdır.

Bizim.Media 

Seçilən
11
18
bizim.media

10Mənbələr