AZ

Netanyahu Netzarim dəhlizinə gedib

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağını ikiyə bölən Netzarim dəhlizinə gedərək bölgədə xidmət edən əsgərlərlə görüşüb.

Bakıvaxtı.az xarici mediaya istinadla xəbər verir ki, Baş nazirliyin mətbuat idarəsindən verilən yazılı açıqlamada bildirilib ki, Netanyahunu müdafiə naziri Yisrael Katz, Baş Qərargah rəisi Herzi Halevi və İsrail Daxili Kəşfiyyat İdarəsinin Şin-Bet (Şabak) rəisi Ronen Bar müşayiət edib.

Bölgədə xidmət keçən İsrail əsgərləri ilə görüşən Netanyahu burada açıqlama verərək hücumlar bitdikdən sonra HƏMAS-ın Qəzzanı "idarə etməyəcəyini" müdafiə edib.

Mətbuat idarəsi tərəfindən paylaşılan videoda İsrail ordusunun hücumundan sonra Qəzzada dağıntılar və bir bölgədən yüksələn tüstünü əks etdirən anlar da yer alıb. 

Qeyd edək ki, Netzarim dəhlizi Qəzzanın şimalı ilə cənubu arasındakı əlaqəni kəsib. 

Əli Hüseynov

Seçilən
19
bakivaxti.az

1Mənbələr