AZ

Tayson və Polun döyüşü dünya rekordunu qırdı

Əfsanəvi boksçu Mayk Tayson və bloger Ceyk Pol arasında bu yaxınlarda keçirilən döyüş iki göstəriciyə görə dünya rekordunu qırıb: canlı baxışların sayı və döyüşə bilet satışı.

Publika.az xəbər verir ki, bu barədə MK məlumat yayıb.

Döyüşün eksklüziv yayım hüququnu satın alan Netflix striminq platforması baxış rəqəmlərini yekunlaşdıraraq, Tayson və Pol arasındakı döyüşü dünya üzrə 108 milyon tamaşaçı tərəfindən canlı izləndiyini bildirib.

"Bu, tarixdə ən çox yayımlanan dünya idman hadisəsidir", - platformanın mətbuat xidməti sosial şəbəkələrdə bildirib.

Seçilən
53
publika.az

1Mənbələr