AZ

“Rabitəbank”ın 2025–2027-ci illəri əhatə edən Strateji Planı təsdiq ediləcək

“Rabitəbank” ASC-nin müşahidə şurasının 18 noyabr 2024-cü il tarixli, 104 nömrəli qərarına əsasən, 2024-cü il dekabrın 27-də bankın səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcəkdir.

APA-Economics” xəbər verir ki, səhmdarlarının növbədənkənar ümumi yığıncağında bankın 2025-ci il üzrə büdcə parametrlərinin təsdiqi, “Rabitəbank” ASC-nin 2025–2027-ci illəri əhatə edən Strateji Planının təsdiqi, təşkilati və cari məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, səhmdarların növbədənkənar ümumi yığıncağı Bakı şəhəri, 28 May küçəsi 33 ünvanında yerləşən “Rabitəbank”ın inzibati binasında keçiriləcək.

Seçilən
38
4
apa.az

7Mənbələr