AZ

Ötən gecə Tbilisidə müxalifət mitinq keçirib

Hurriyyet.az "Vestnik Kavkaza" portalına istinadla xəbər verir ki, Gürcüstanda müxalifət artıq ardıcıl üçüncü gün Tbilisi küçələrində etiraz aksiyaları keçirir. Bu gün aksiya iştirakçıları Çavçavadze küçəsində yolu bağladıqdan sonra asayiş keşikçiləri onları oradan sıxışdırıblar. Hazırda aksiya bitib.

Gürcüstanda parlament seçkilərinin nəticələrinə qarşı keçirilən növbəti gecə aksiyası çərşənbə axşamı, axşam saatlarında başlayıb.

Yüzlərlə polis mitinq iştirakçılarını əvvəlcə Çavçavadze, ardından isə Melikişvili prospektindən qovduqdan sonra aksiya başa çatıb. 

Çavçazadze küçəsində Tbilisi Dövlət Universitetinin binası yerləşir. Tələbələr seçkilərin nəticələrinin ləğv edilməsi ilə yanaşı, bu təhsil müəssisəsinin rektorunun istefasını da tələb ediblər.

Yüzlərlə şəxsin iştirak etdiyi aksiyada polislə toqquşma qeydə alınmayıb. 

Müxalifət liderlərindən olan Zurab Caparidze etirazçıları evlərinə qayıdıb növbəti aksiyalara hazırlaşmağa çağırdıqdan sonra insanlar dağılışıblar.

Hazırda Tbilisinin mərkəzində sakitlikdir, avtomobillərin hərəkəti bərpa edilib.

Bundan əvvəlki gecə keçirilən mitinq zamanı etirazçılarla polis arasında toqquşma olmuş, 16 nəfər saxlanılmışdı.

Hürr Tərcüman

 

Seçilən
21
hurriyyet.az

1Mənbələr