AZ

Narkotik testi müsbət çıxdı: Paşinyanın partiyasında qalmaqal

Çərşənbə axşamı Ermənistanın hakim “Mülki Müqavilə” partiyasının iclası qalmaqalla yadda qalıb.

Publika.az xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti yazıb.

“Gümrüdəki anarxiya məsələsinin müzakirə edildiyi görüşdə Nikol Paşinyan mer postuna ehtimal olunan namizəd Karen Saruxanyanı təhlükəsizlik xidmətinin əməkdaşının müşayiəti ilə narkotik testindən keçirməyi təklif edib”, - nəşr qeyd edir. Əlavə edilir ki, testin nəticəsi müsbət çıxıb.

Saruxanyan özü də qəzetə testin müsbət çıxması faktını inkar etməsə də, təsdiqləməyib.

Seçilən
26
publika.az

1Mənbələr