AZ

Azərbaycan planetimizin gələcəyinin formalaşmasında şəhərlərin mühüm rolunu başa düşür - Komitə sədri

Bakı. Trend:

Azərbaycan həm gələcəyimizin, həm də planetimizin gələcəyininformalaşmasında şəhərlərin mühüm rolunu başa düşür.

Trend xəbər verir ki, bubarədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri AnarQuliyev “COP29-da çoxsəviyyəli və çoxsektorlu iqlim fəaliyyətinədair yüksək səviyyəli açılış mərasimi” zamanı çıxışında deyib.

O qeyd edib ki, Urbanizasiya baxımından ən sürətlə böyüyənregionlardan biri kimi Azərbaycan bu sürətli şəhərsalma ilə bağlıproblemlərin həllinə və imkanlardan istifadə etməyə dərindənsadiqdir.

“Bütün maraqlı tərəfləri bir araya gətirməklə, COP29çoxsəviyyəli və çoxsektorlu maraqlı tərəflərin iqlim problemlərinihəll etmək və şəhər məkanlarını davamlı ekosistemlərə çevirmək üçünbirlikdə hərəkət etdiyi gələcəyə baxışı nümayiş etdirir. Burada bizbugünkü müzakirələrin əsasını qoyan mühüm təşəbbüsləri də təqdiretməliyik”,- deyə o bildirib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
29
1
az.trend.az

1Mənbələr