AZ

İranda hər 20 dəqiqədə bir qadın bu xəstəliyə tutulur

Tehranın "Şəhid Beheşti" Tibb Universitetinin professoru Əli Mütləq süd vəzi xərçənginin dünyada və İranda qadınlar arasında ən çox rast gəlinən xərçəng xəstəliyi növü olduğunu bildirib. 

Onun sözlərinə görə, İranda hər 20 dəqiqədə bir qadın bu xəstəliyə tutulur. 

Professor 20 ildə İranda süd vəzi xərçənginə tutulma hallarının artdığını və proqnozların bu xəstəliyin növbəti 20 ildə daha da artacağını göstərdiyini vurğulayıb. Əli Mütləq qeyd edib ki, süd vəzi xərçənginin qarşısının alınmasında daha çox meyvə-tərəvəzdən istifadə, ayaqüstü və qızardılmış qidaların istehlakının azaldılması, kalori qəbulunun miqdarının tənzimlənməsi kimi pəhriz vərdişlərinin dəyişdirilməsi rol oynayır.  

"Cebheinfo.az"

Seçilən
20
cebheinfo.az

1Mənbələr