AZ

Montella məğlubiyyətə bəhanə tapıb: "Meydançşa çox pis idi..."

Türkiyə yığmasının ötən axşam UEFA Millətlər B Liqasının 4-cü qrupunun son oyununda Monteneqroya səfərdə 3:1 hesabı ilə məğlub olaraq Aliqasıan yüksəlmə şansını pley-offa saxlaması azarkeşləri myus edib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, oyundan sonra mətbuat konfrasnsı keçirən baş məşqçi Vincenzo Montella uduzmalarını meydançanın pis durumda olmasına bağlayıb: "Bu gün meydanda futbol adına çox az bir şey vardı. Belə bir meydançada bu səviyyədə oynamaq çətin idi. Oyunçularımızı təbrik etmək lazımdır. Onlar sona qədər mübarizə apardılar. Biz bir komandayıq. Onlar qədər fiziki gücə malik bir komanda olmadığımıza görə meydandan məğlub ayrıldıq. Bəli, bu gün istədiyimiz nəticəni əldə edə bilmədik".

Öz futbol anlayışları ilə davam edəcəklərini ifadə edən Montella deyib: "Məncə, rəqib önəmli deyildi. Sadəcə, bir məğlubiyyətdən sonra həyəcanımızı, tarazlığımızı, həvəsimizi, istəyimizi, ruhumuzu və millətimizin sevgisini itirməməliyik. Bunlar futbolda çox vacibdir".

Fərid Aslan

MİA.AZ
 

Seçilən
13
1
mia.az

2Mənbələr