AZ

Aleksandr İsak: “Yanıram, Azərbaycanla oyunda baş verən ağrılı idi”

“Yalan deməyəcəm. Demək olar ki, yanıram”.

İdman.biz xəbər verir ki, bunu İsveç yığmasının futbolçusu Aleksandr İsak yerli mətbuata müsahibəsində deyib.

Hücumçu Millətlər Liqasında Azərbaycana 6:0 hesabı ilə qalib gəldikləri matçı şərh edib. O, 45+2-ci dəqiqədə vurduğu qolun ofsayd səbəbindən sayılmamasını düzgün saymır: "Necə mümkündür? Bu, demək olar ki, indiyədək gördüyüm ən pis şeydir. Ağrılı idi. Əgər VAR-ın varsa, təkrarı 10 dəfə izləyə bilirsənsə, belə bir şey olmamalıdır. Məncə həmin epizadda ofsayd yox idi, xətt düzgün çəkilməmişdi”.

“Nyukasl”ın forvardı böyükhesablı qələbələrinə baxmayaraq, özü fərqlənmədiyi üçün məyus olduğunu da deyib: “Bu səviyyədə olan matçlarda belə bir şeyi heç vaxt yaşamamışdım. Xeyli çox qaçırılmış vəziyyətlər görmüşük, amma bu, tamam fərqli idi. Hətta penaltidən qol vurmaq şansım var idi. Amma bu şansımı da əldən verdim. Bu, əlbəttə ki, kədərlidir”.

Qeyd edək ki, bu məğlubiyyətdən sonra yığmamızın Millətlər Liqasında D divizionuna düşməsi rəsmiləşib.

İdman.biz

Seçilən
15
idman.biz

1Mənbələr