İran zindanlarında genişmiqyaslı edamların yeni dalğası başlayıb.
"Cebheinfo.az" bu barədə "İran Wire" saytına istinadən xəbər verir. Bildirilib ki, ölkənin 25 müxtəlif həbsxanasında “Çərşənbə axşamları edama yox!” kampaniyasının üzvü olan siyasi məhbuslar 43-cü həftədir aclıq aksiyasını davam etdirirlər.
Həbsxanalar arasında Güney Azərbaybaycanda yerləşən Urmu, Xoy, Sulduz, Ərdəbil, Salmas və Təbriz şəhərlərinin zindanları da var. Etirazçı məhbuslar bu vasitə ilə beynəlxalq ictimaiyyətin və insan haqları müdafiə qurumlarının diqqətini ölkədə artan edam cəzalarına cəlb etmək istəyirlər.
"Cebheinfo.az"