AZ

“İqlim dəyişikliyi turizm sahəsinə mənfi təsir göstərir” — Muxtar Babayev

İqlim dəyişikliyi turizm sahəsinə də mənfi təsir göstərir.

Demokrat.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşündə bildirib.

Onun sözlərinə görə, iqlim dəyikşikliyi ilə mübarizə hərtərəfli əməkdaşlıq tələb edir: “Hər bir sahə bunun bir hissəsi olmalıdır. Turizm də bu mənada istisna deyil. Çünki bu sahə böyük potensiala malikdir. Turizm prinsipcə dünya iqtisadiyyatında unikal mövqeyə malikdir.

Seçilən
8
14
demokrat.az

10Mənbələr