AZ

Zurabişvili seçkilərə görə Konstitusiya Məhkəməsinə müraciət edib

Gürcüstan prezidenti Salome Zurabişvili oktyabrın 26-da keçirilən parlament seçkiləri zamanı səsvermənin gizliliyinin və ümumi seçki hüququnun pozulması iddiası ilə bağlı Konstitusiya Məhkəməsinə müraciət edib.

Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin vəkili Eka Beseliya bildirib.

Seçkilərin rəsmi nəticəsinə görə, hakim “Gürcü arzusu” Partiyası 53,93% səs toplayaraq parlamentdəki 150 mandatdan 89-nu qazanıb

Dörd müxalifət partiyası da parlamentə daxil olub, lakin onlar seçkinin nəticələrini tanımır və parlamentdə yer almaqdan imtina edirlər.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze isə bildirib ki, 11-ci çağırış parlamentin ilk iclası 25 noyabrda keçiriləcək.

Seçilən
7
modern.az

1Mənbələr