Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, beynəlxalq dərəcəli hakim diplomuna yeni layiq görülən Əsgərova qitəmiqyaslı yarışda ölkəmizi ilk dəfə təmsil edəcək.
O, 16 yaşadək qızlar arasında Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında hakimlik edəcək.
Qeyd edək ki, noyabrın 20-23-də Polşanın Debitsa şəhərində keçiriləcək yarışda Azərbaycanla yanaşı, Latviya, Gürcüstan, Ukrayna, Litva, Estoniya və ev sahiblərinin komandası mübarizə aparacaq.
AVF rəsmisinə növbəti dəfə təyinat verilib
Voleybolçularımız Alanyaya yollanıblar
Voleybolçularımız təlim-məşq toplanışı üçün Türkiyəyə yollanıblar
Avropa çempionatı Azərbaycanda!
AVF rəsmisi beynəlxalq yarışa təyinat alıb