AZ

“Aqroservis”in nizamnaməsində dəyişiklik ediləcək

Yanvarın 17-də, saat 15:00-da Kənd Təsərrüfatı Nazirliyinə məxsus “Aqroservis” ASC-nin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək. SİA xəbər verir ki, yığıncaq Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, 91 ünvanında olacaq.

Yığıncağın gündəliyinə səhmdar cəmiyətinin nizamnaməsində dəyişiklik edilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Aqroservis” 2005-ci ildən fəaliyyət göstərən "Aqrolizinq" ASC-nin bazasında 2020-ci ildə yaradılıb. Şirkət kənd təsərrüfatı məhsulları istehsalçılarının, lizinq yolu ilə satılması istisna olmaqla, qanunla müəyyən edilmiş qaydada kənd təsərrüfatı istehsal vasitələri (kənd təsərrüfatı texnikası, texnoloji avadanlıq, o cümlədən suvarma sistemləri dəsti və avadanlığı, aqrokimyəvi maddələr, bitki mühafizəsi vasitələri, sertifikatlı toxum və ting) ilə təmin edilməsini, aqrotexniki xidmətlər göstərilməsini və bu sahədə fəaliyyətin təşkilini həyata keçirən kommersiya hüquqi şəxsidir.

Seçilən
22
1
sia.az

2Mənbələr