AZ

Rusiyanın Cenevrə nümayəndəliyi İsveçrə mediasını lağa qoydu- ÖZƏL

Olaylar.az xəbər verir ki, Rusiyanın BMT yanındakı Daimi Nümayəndəliyi Cenevrədə İsveçrə telekanalı RTS-in, Rusiya diplomatlarının səfirlik binasının damına guya "casus antenalar" yerləşdirdiyi barədə hazırladığı reportajı istehza ilə qarşıladı. Diplomatik nümayəndəlik, öz Telegram kanalında yayımladığı məlumatda, bu iddiaları "007 agenti haqqında filmlərdən və digər qərb casus janrlarından ilhamlanmış fantastika" adlandırıb.

Diplomatlar qeyd edib ki, bu "araşdırmanın" müəllifləri yalnız Brüssel və Vaşinqtonun hazırkı rusofob mövqelərinə uyğun fəaliyyət göstəriblər. Həqiqətdə isə, antenaların diplomatik əlaqələrin fasiləsiz təminatı üçün quraşdırılmış adi peyk avadanlığı olduğu vurğulanıb.

Bununla yanaşı, Rusiya Xarici İşlər Nazirliyi son günlərdə Danimarkanı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrlik etdiyi müddətdə rusofob mövqe nümayiş etdirməkdə ittiham edib və buna etirazını bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
olaylar.az

1Mənbələr