AZ

“Nə qədər səviyyəsiz musiqiyə sponsorluq etmək olar?”

Əməkdar artist Nüşabə Ələsgərli televiziyada bayağı musiqilərin yayımlanmasında və təbliğində onlara  sponsorluq edənləri tənqid edib.

OLAY yazır ki, bu haqda sənətçi qonaq olduğu “7 tamam” verilişində danışıb.

N.Ələsgərli bildirib ki, musiqi aləmində bu cür neqativ halların aradan qaldırılması üçün televiziyaların nəzlində sponsorların köməyi ilə xüsusi orkest yaradılmalıdır:

“Türkiyənin televiziya kanallarına baxırıb görürük ki, orada müğənnini 50 nəfərdən ibarət orkest müşayiət edir. Bizdə isə cəmi 4 nəfər insan oturur. Olmaz ki, onlarda olan kimi bizdə də 50 nəfər musiqiçi otursun və bizdə böyük ləzzətlə ifa edək? Bu sözlərimlə verilişdə əyləşən  musiqiçilərimizi aşağalamaq istəmirəm. Söhbət sistemdən gedir. İstəyirəm ki, skripkaçılar, violonçelistlər, nəfəs, simli və zərb alətlərinin ifaçıları əyləşib musiqilər çalsınlar bizdə, tamaşaçılarda onları dinləyərək zövq alaq. Nə qədər səviyyəsiz musiqiyə sponsorluq etmək olar?”

Seçilən
6
olay.az

1Mənbələr