AZ

Blinken Venesuelanın seçilmiş prezidenti Qonzalesin adını çəkib

ABŞ dövlət katibi Entoni Blinken Venesuela müxalifətinin keçmiş prezidentliyə namizədi Edmundo Qonzales Urrutianı ölkənin seçilmiş prezidenti elan edib.

“Venesuela xalqı iyulun 28-də qətiyyətlə danışdı və Edmundo Qonzalesi prezident seçdi”, o, sosial mediada yazıb.

Eyni zamanda, Bolivar Respublikasının Xarici İşlər Nazirliyinin rəhbəri İvan Gil də öz növbəsində bildirib ki, Blinken bu yolla özünü ələ salır.

“İnsanlar deyirlər: bir dəfə gülüş obyektinə çevriləndən sonra geri dönə bilməzsən… Bununla belə, Venesuelanın qatı düşməni olan Blinken inadla yenidən bunu etmək niyyətindədir”, – o, Telegram kanalında yazıb.

Avqust ayında ABŞ Dövlət Departamenti Venesuelada keçirilən prezident seçkilərinin qalibi Nikolas Maduronu deyil, Qonzalesi hesab etdiyini bildirmişdi.

DOĞRU.AZ

Seçilən
18
1
dogru.az

2Mənbələr