AZ

Tbilisidə müxalifətin mitinqi başa çatıb

Polisin etirazçıları bütün gecəni keçirdikləri Çavçavadze bulvarından çıxarmasından sonra Tbilisinin mərkəzində müxalifətin mitinqi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, baş verənlərin görüntülərini yerli "Mtavari Arkhi" telekanalı yayıb.

Vəziyyət sabitləşəndə ​​və polis Melikişvili bulvarında iki cərgədə düzüləndə müxalifət liderlərindən biri Zurab Caparidze etirazçılara müraciət edib. O, aksiyanı bu formatda davam etdirməyin mənasız olduğunu deyərək, hamını dağılmağa çağırıb.

Eyni zamanda hüquq-mühafizə orqanlarının əməkdaşları aksiya keçirilən ərazini tərk etməyə başlayıblar.

 

Seçilən
28
operativmm.az

1Mənbələr