AZ

Tramp türk həkimi çox mühüm posta rəhbər gətirir

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp türkəsilli amerikalı həkim və aparıcı Mehmet Özü “Medicare” və “Medicaid” Xidmət Mərkəzinə rəhbər təyin edəcəyini bildirib.

 

Senzor.az-ın xəbərinə görə, bu barədə siyasətçi sahibi olduğu "Truth Social" sosial şəbəkəsində məlumat yayıb.

Tramp ABŞ-ın ciddi səhiyyə böhranı ilə üzləşdiyini və bu problemlərlə məşğul olmaq üçün Özdən daha ixtisaslı həkimin olmadığını bildirib: “Həkim Özlə uzun illərdir tanışam və əminəm, o, Amerikada hər kəsin ən yaxşı səhiyyə xidmətini alması üçün mübarizə aparacaq ki, ölkəmiz yenidən Böyük və Sağlam olsun!”.

 

Xatırladaq ki, ABŞ-da “Medicare” 65 yaşdan yuxarı yaşlılara tibbi xidmət göstərən federal tibbi sığorta qurumudur. “Medicaid” isə aşağı gəlirli ailələrə tibbi sığorta xidmətləri göstərir.

 

ABŞ hökuməti 2023-cü ildə “Medicaid” proqramı çərçivəsində 860 milyard, “Medicare” çərçivəsində isə 848 milyard dollar xərcləyib.

 

Daha bir maraqlı məqam: ABŞ-da və Türkiyədə Dr. Mehmet Özü Prezident Rəcəb Tayyib Ərdoğanın müttəfiqi və soyqırımı inkarçısı kimi tanıyırlar.

Seçilən
14
senzor.az

1Mənbələr