AZ

UNEC ilə QS Beynəlxalq Reytinq Agentliyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb (FOTO)

Bakı. Trend:


Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru ÜlkərSəttarova və QS Beynəlxalq Reytinq Agentliyinin başvitse-prezidenti Ben Sovterin rəhbərlik etdiyi nümayəndə heyəti iləAzərbaycan Dövlət İqtisad Universitetində (UNEC) görüşkeçirilib.

Trendxəbər verir ki, bu barədə UNEC məlumat yayıb.

Bildirilib ki, rektor Ədalət Muradov görüşdə UNEC-in beynəlxalqreytinqlərdə mövqeyinin yüksəldilməsinin universitetin əsasstrateji hədəflərindən biri olduğunu diqqətə çatdıraraq, buistiqamətdə həyata keçirilən yeniliklərdən və əldə olunanuğurlardan söz açıb.

QS Reytinq Agentliyinin baş vitse-prezidenti Ben Sovterinuniversitetlərin mövqelərinin reytinqində yüksəlməsi istiqamətindədiqqət edilməli olan məqamlar və əsas meyarlar barədə məlumatverib. Reytinqdə, əsasən, akademik nüfuzun, işəgötürənlərinreputasiyasının, beynəlxalq əməkdaşlığın, elmi fəaliyyətin və s.faktorların yer aldığını diqqətə çatdırıb.

Sonra QS reytinqinin əsas meyarları və metodologiyaları iləbağlı müzakirələr aparılıb. Universitetlər haqqında məlumatların vəhesabatların əlçatan olmasının vacibliyi vurğulanıb.

Müzakirələrdən sonra rektor Ədalət Muradov və başvitse-prezident Ben Sovterin arasında UNEC-in Future17 Dayanıqlıİnkişaf Məqsədləri (SDG) proqramına qoşulmasına dair müqaviləimzalanıb.

QS nümayəndə heyəti UNEC-in Bloomberq Maliyyə Laboratoriyası,imtahan və oxu zalları, Ekstern Mərkəzi ilə də tanış olub.
https://unec.edu.az/

UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
UNEC
Məqalədə:
Seçilən
11
7
az.trend.az

9Mənbələr