G20 sammitində avropalı nümayəndələr Braziliya prezidenti Luiz İnasio Lula da Silvanın danışıqlara son qoymaq və yekun bəyanatı bir gün əvvəl dərc etmək qərarından narazı olduqlarını bildiriblər.
Turkustan.az xəbər verir ki, bu barədə mənbələr "Reuters" agentliyinə bildiriblər. Bu addım Ukrayna ilə bağlı qızğın müzakirələrin qarşısını almaq üçün atılıb.
Adətən yekun mətn sammitin sonunda dərc olunur, lakin Lula da Silva bunu danışıqların son günündə, Fransa , ABŞ və Almaniya liderlərinin otaqda olmadığı bir vaxtda təsdiqləyib . Braziliyalı diplomatlar bu qərarın sammitin yekun bəyannamə olmadan başa çatması riskindən qaçmaq üçün verildiyini bildiriblər.
Avropalıların Rusiyanın Ukrayna münaqişəsindəki rolu ilə bağlı daha sərt dillə ifadə edilməsi xahişlərinə baxmayaraq, yekun mətn onların mövqeyini əks etdirmir. Agentliyin məlumatına görə, Fransa prezidenti Emmanuel Makron qəbul edilən sənədin Fransanın gözləntilərinə cavab vermədiyini bildirib.
Aytən Yaşar/ Turkustan.az