AZ

"Boko Haram" hərbçilərə hücum edib - 5 əsgər həlak olub, yaralılar var

"Boko Haram" terror təşkilatının döyüşçüləri Nigeriyanın şimal-şərqindəki Borno əyalətində hücum edib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, bu barədə Nigeriya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, Borno əyalətinin Qubio bölgəsində hərbi hissəyə hücum çəkən terrorçular 5 əsgəri öldürüb: "Ümumilikdə 10 hərbçi yaralanıb, 4-ü isə isə itkin düşüb..."

Nazirlik əlavə edib ki, adekvat əməliyyatla çoxlu sayda terrorçu məhv edilib: "Terrorçulara aid silah, texnika və xeyli sursat götürülüb".

Tahir Şəlvəli
MİA.AZ

Seçilən
44
mia.az

1Mənbələr