AZ

Xatirə bu paylaşımının şərh bölümünü BAĞLADI

Müğənni Xatirə İslam instaqram hesabında paylaşımlarında şərh bölümünü bağlayıb.

KONKRET.az xəbər verir ki, o, bunun səbəbini açıqlayıb.

Sənətçi yazılan şərhlərdən təngə gəldiyini bildirib:

“Suallarınıza bir-bir cavab: deyirsiniz şərhi niyə bağlamısınız? Çünki kim nə istəyir yazır: qəlb qırırlar. Düşünmürlər ki, bəlkə nəsə yazarlar qəlbinə dəyər. Biri yazır çantası orijinal deyil, o biri yazır ayaqqabısı belədir. Bilmirəm nəyi çəkib paylaşmaq lazımdır? Mən bilirəm, siz niyə narahat olursunuz? Bizdə ya var, ya da yoxdur. Qəlb qırmayın”.

Seçilən
13
4
konkret.az

5Mənbələr