2026-cı ildə keçiriləcək dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində növbəti görüşlər keçirilib.
Publika.az xəbər verir ki, liqa formaıtnda keçirilən mərhələnin lideri olan Argentina 12-ci tur çərçivəsində Perunu qəbul edib. "Albiseleste" Lautoro Martiensin 55-ci dəqiqədə vurduğu qol sayəsində minimal hesablı qələbə qazanıb.
Uruqvayı qəbul edən Braziliya yığması isə növbəti dəfə xal itirib. Görüş 1:1 hesabı ilə başa çatıb. Uruqvaylıların heyətində Federiko Valverde fərlənib. "Sambaçılar"ın heyətində isə Jerson adını tabloya yazdırıb.
Eder Valensiyanın yeganə qolu ilə Kolumbiyanı məğlub edən Ekvador isə bu qələbə sayəsində birdən-birə 3 pillə irəliləyib.
Digər 2 görüş isə məhsuldar alınıb. Çili Venesuelanı 4:2 hesabı ilə üstələyib. Boloviya Paraqvay oyununda isə qalib müəyyənləşməyib - 2:2.
12 turdan sonra turnir cədvəlinə 25 xalla Argentina millisi başçılıq edir. Uruqvay liderdən 5 xal geri qalır. 19 xalı olan Ekvador və Kolumbiya 3-4-cü sıraları bölüşür. Braziliya isə 18 xalla 5-cidir.
DÇ-2026: Cənubi Amerika zonası üzrə seçmə mərhələ, 12-ci tur
20 noyabr
Argentina - Peru 1:0
Qol: Martinez, 55.