AZ

Rusiya mobil bomba sığınacaqlarının istehsalına başlayıb

Rusiya nüvə partlayışından yaranan şok dalğaları və radiasiya kimi müxtəlif təhlükələrdən qoruya bilən mobil bomba sığınacaqlarının istehsalına başlayıb.

Bununla bağlı  ölkənin Fövqəladə Hallar Nazirliyinin tədqiqat institutu məlumat yayıb.

Bildirilir ki, “KUB-M” sığınacağı bu və digər təbii və texnogen təhlükələrdən 48 saat qorunma təmin edəcək.

Sığınacaqlar insanları partlayışlar və adi silahların qəlpələri, binalardan düşən dağıntılar, təhlükəli kimyəvi maddələr və yanğınlardan qoruya bilir.

“KUB-M” yük konteynerinə bənzəyir və iki moduldan – 54 nəfərlik otaqdan və texniki blokdan ibarətdir. Ehtiyac yaranarsa, daha çox modul əlavə edilə bilər.

Seçilən
13
xalq.az

1Mənbələr