AZ

Səmərəli nəqliyyat dəhlizlərinin təmin edilməsi - iqlim gündəliyinin əsas elementidir - Bakı limanının nümayəndəsi

Bakı. Trend:

Səmərəli nəqliyyat dəhlizlərinin təmin edilməsi iqlimgündəliyinin əsas elementlərindən biridir.

Trend xəbər verir ki, bubarədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC -nin Başdirektorun katibliyinin beynəlxalq əlaqələr üzrə meneceri NatavanAğayeva COP29 çərçivəsində keçirilən "Dayanıqlı əlaqəlilik yolları:Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə(AQEM), onun üzv dövlətləri və Asiyanın regional təşkilatlarınıntəhlükəsiz, səmərəli və iqlim dəyişikliyinə davamlı nəqliyyatdəhlizlərinin təmin edilməsi istiqamətində səyləri" mövzusundapanel müzakirədə bildirib.

"Təhlükəsiz və səmərəli nəqliyyat dəhlizlərinin təmin edilməsiiqlim gündəliyinin əsas elementidir. Burada, Bakı Beynəlxalq DənizTicarət Limanının təşkilatçılığı və Asiyada Qarşılıqlı Fəaliyyət vəEtimad Tədbirləri üzrə Müşavirənin dəstəyi ilə keçirilən butədbirdə məqsədimiz Orta Dəhlizin Yaşıl Dəhlizə çevrilməsi üçünortaq və vahid baxış formalaşdırmaqdır.

Beynəlxalq ticarət sadəcə insanların və yüklərin daşınmasındanibarət deyil. Bu, həmçinin ciddi ekoloji çağırışlar və təhdidləryarada, iqtisadi və sosial sahələrdə sağlamlığa təsir göstərəbilər. Buna görə də, bu gün qarşımızda duran vəzifə - nümayəndələr,ekspertlər və praktiki mütəxəssislərlə birgə işləyərək ümumiyanaşmalar və gündəmlər müəyyən etmək, eləcə də Orta Dəhliziekoloji cəhətdən davamlı nəqliyyat marşrutuna çevirmək üçünstrategiyalar yaratmaqdır", - deyə o bildirib.

Natavan Ağayeva qeyd edib ki, Orta Dəhliz 4 250 kilometr dəmiryolu və 500 kilometr dəniz marşrutunu əhatə edir. Bakı Limanı isəŞərq və Qərbin, Avropa və Asiyanın, həmçinin Şimalda Rusiya vəCənubda İranın kəsişməsində strateji üstünlük təşkil edir. Limanınkeçirmə qabiliyyəti 15 milyon ton, o cümlədən 100 min TEU-dur.

N.Ağayeva, həmçinin, COP29 çərçivəsində Xəzər regionunun ekolojiproblemlərinin araşdırılması və həlli yollarının işlənibhazırlanması məqsədilə Xəzər Elmi-Tədqiqat və İnformasiyaMərkəzinin yaradılmasının elan edildiyini xatırladıb.

"Mərkəz Xəzər dənizində su səviyyəsinin azalması probleminiaraşdırmaq və bununla mübarizə üçün effektiv tədbirlər axtarışınayönələcək. Elmi-tədqiqatlarla yanaşı, bu mərkəz region ölkələrinin,şirkətlərin və alimlərin əməkdaşlığını gücləndirəcək", - o əlavəedib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrəÇərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının(COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqalədə:
Seçilən
23
2
az.trend.az

10Mənbələr